Menyu

İsraildə yeni hökumətin formalaşdırılması üzrə məsləhətləşmələr başlayır

Operativ Media
İsraildə yeni hökumətin formalaşdırılması üzrə məsləhətləşmələr başlayır
1 dəq oxu

İsrail Prezidenti İshak Hersoq oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra noyabrın 4-də yeni Knessetə daxil olan partiyaların rəhbərləri ilə məsləhətləşmələr aparacaq.

Operativ Media xəbər verir ki, bu barədə İsrail Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, noyabrın 1-də Prezident Administrasiyasının baş direktoru Eyal Şviki seçkilərdə qalib gələn bütün partiyaların rəhbərlərinə müvafiq dəvətlər göndərib.

Şviki qeyd edib ki, prezidentin iqamətgahı bütün fraksiyaların nümayəndələri üçün açıqdır. Onun sözlərinə görə, İshak Hersoq tərəflərin fikir mübadiləsi aparacağı və növbədənkənar seçkilərin qarşısının alınmasına yönəlmiş müzakirələrdə iştirak edəcəyinə ümid edir.

O, məsləhətləşmələrin qarşılıqlı hörmət və konstruktiv dialoq şəraitində keçəcəyini gözlədiklərini bildirib. Görüşlərin onlayn yayımlanacağı da qeyd olunub.

Məsləhətləşmələrdən sonra İsrail Prezidenti parlamentə daxil olan partiyalardan birinin liderinə yeni hökuməti formalaşdırmağı tapşırmalıdır.

Bir qayda olaraq, bu vəzifə parlamentdə ən çox mandat qazanan partiyanın rəhbərinə həvalə edilir. Bununla belə, prezident hökuməti formalaşdırmaq tapşırığını parlamentdə ilk yeri tutmayan, lakin sabit çoxluğu təmin etmək imkanına malik siyasətçiyə də verə bilər.

Əlaqəli Xəbərlər