Menyu

Tramp: ABŞ Rusiya və Çin haqqında kəşfiyyat məlumatları toplayır

Operativ Media
Tramp: ABŞ Rusiya və Çin haqqında kəşfiyyat məlumatları toplayır
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları topladığını, həmin dövlətlərin də ABŞ haqqında oxşar fəaliyyət apardığını bildirib.

Operativ Media xəbər verir ki, Tramp bu fikirləri Konqresə aralıq seçkilər ərəfəsində Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında keçirilən mitinqdə səsləndirib.

Amerika lideri qeyd edib ki, Çin və Rusiyanın ABŞ barəsində kəşfiyyat məlumatları toplaması onu narahat etmir. Onun sözlərinə görə, Vaşinqton da bu ölkələrə qarşı eyni fəaliyyəti həyata keçirir.

Tramp çıxışı zamanı Çinin ABŞ-ni izləməsi ilə bağlı ona ünvanlanan iradlara cavab verdiyini bildirib. O, ABŞ-nin bu sahədə rəqiblərindən daha effektiv fəaliyyət göstərdiyini iddia edib.

ABŞ Prezidenti hansı növ kəşfiyyat məlumatlarının toplanmasından danışdığını açıqlamayıb. O, bu məsələni kiminlə və nə vaxt müzakirə etdiyinə dair də məlumat verməyib.

Əlaqəli Xəbərlər