Menyu

“Yuventus” doğma meydanda “Napoli”yə qalib gəlib

Operativ Media
“Yuventus” doğma meydanda “Napoli”yə qalib gəlib
1 dəq oxu

“Yuventus” İtaliya A Seriyasının X turunda doğma meydanda “Napoli”ni 2:0 hesabı ilə məğlub edib.

Operativ Media xəbər verir ki, Turin təmsilçisinin heyətində hesabı 70-ci dəqiqədə Kərim Alaybegoviç açıb. Beş dəqiqə sonra qonaq komandanın futbolçusu Luka Marianuççi ikinci sarı vərəqə alaraq meydandan qovulub.

“Yuventus” 87-ci dəqiqədə Ceremi Boqanın qolu ilə fərqi iki topa çatdırıb.

Bu qələbədən sonra xallarının sayını 17-yə çatdıran Turin klubu turnir cədvəlinin yeddinci pilləsinə yüksəlib. 14 xalı olan “Napoli” isə səkkizinci sıraya geriləyib.

Növbəti turda “Napoli” “Latsio”nu qəbul edəcək, “Yuventus” isə səfərdə “Fiorentina” ilə qarşılaşacaq. Hər iki oyun noyabrın 8-də keçiriləcək.

Əlaqəli Xəbərlər