Menyu

Türkiyə SİPER-2 hava hücumundan müdafiə sisteminin istehsalına gələn il başlayacaq

Nicat Hüseynli
Türkiyə SİPER-2 hava hücumundan müdafiə sisteminin istehsalına gələn il başlayacaq
1 dəq oxu

Türkiyənin uzaqmənzilli hava hücumundan müdafiə sistemi SİPER-2-nin seriyalı istehsalına 2027-ci ildə başlanacaq.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır parlamentin Plan və Büdcə Komissiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, SİPER-2 Türkiyənin “Polad Qübbə” adlı hava hücumundan müdafiə sisteminin tərkib hissəsidir.

Kacır həmçinin müdafiə sənayesində 4 mindən çox şirkət və tədqiqat müəssisəsində 100 mindən artıq şəxsin çalışdığını qeyd edib.

Əlaqəli Xəbərlər