Menyu

Balde qışda “Barselona”dan ayrılmaq istəyir

Operativ Media
Balde qışda “Barselona”dan ayrılmaq istəyir
1 dəq oxu

“Barselona”nın müdafiəçisi Alexandro Balde yanvar transfer pəncərəsində Kataloniya klubunu tərk etməyə müsbət yanaşır.

Operativ Media xəbər verir ki, baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında əsas heyətdəki yerini itirən 23 yaşlı futbolçu müntəzəm oyun təcrübəsi qazanmaq üçün komandasını dəyişməyi düşünür. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Bildirilir ki, İngiltərə Premyer Liqasının bir neçə klubu, o cümlədən “Mançester Yunayted” ispaniyalı müdafiəçinin vəziyyətini izləyir. Balde doğma klubundan ayrılaraq karyerasını İngiltərədə davam etdirməklə özünəinamını bərpa etmək istəyir.

Müdafiə xəttindəki zədələr səbəbindən Balde PSJ, “Real Madrid” və “Alaves”lə oyunlarda meydana çıxsa da, cari mövsümdə hələlik əsas heyətdə yer almayıb. Bu mövqedə Joao Kanselo və Xavi Espart ona üstünlük verirlər.

Məlumata görə, məşqçilər korpusu futbolçunun diqqət səhvləri etdiyini və pressinq zamanı düzgün qərarlar verməkdə çətinlik çəkdiyini düşünür.

“Alaves”lə qarşılaşma ərəfəsində Hans-Diter Flik müdafiəçinin hazırkı vəziyyətini belə şərh edib: “Balde hazırda oyununda lazımi özünəinam və qətiyyətə malik deyil. Müdafiəçilər isə çox vacibdir”.

Qeyd edək ki, almaniyalı mütəxəssis sentyabrın 15-də futbolçu barədə müsbət fikirlər səsləndirmiş, oktyabrın 16-da isə onun məşqlərdə yaxşı çalışdığını bildirmişdi. Flik həmin vaxt Baldenin mövqeyində Kanselo və Espartın da olduğunu vurğulamışdı.

Əlaqəli Xəbərlər