Menyu

Britaniya Ukraynaya 10 milyard funt sterlinq ayıracaq

Nicat Hüseynli
Britaniya Ukraynaya 10 milyard funt sterlinq ayıracaq
1 dəq oxu

Böyük Britaniya Ukraynaya iqtisadi və hərbi dəstək məqsədilə 10 milyard funt sterlinq həcmində yeni yardım paketi təqdim edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Paketə üç il ərzində ayrılacaq 7 milyard funt sterlinq iqtisadi dəstək və ixrac maliyyələşdirilməsi imkanlarının 3 milyard funt artırılması daxildir.

Bundan əlavə, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün bu qış 500 milyon funt sterlinq əlavə hərbi yardım ayrılacaq.

Yeni paketlə birlikdə Böyük Britaniyanın Ukraynaya ayırdığı ümumi dəstək öhdəliyi 35 milyard funt sterlinqə çatacaq.

Britaniyanın Baş naziri Endi Börnhem bildirib ki, ölkəsi Ukraynaya ehtiyac duyulduğu müddət ərzində dəstəyini davam etdirəcək.

Əlaqəli Xəbərlər