Menyu

FİFA İnfantinonun ABŞ-dəki vergilərini ödəyib

Operativ Media
FİFA İnfantinonun ABŞ-dəki vergilərini ödəyib
1 dəq oxu

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) qurumun prezidenti Canni İnfantinonun ABŞ-dakı vergi öhdəlikləri üçün təxminən 4 milyon dollar vəsait ödəyib.

Operativ Media xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Bildirilib ki, ödəniş 2024–2026-cı illəri əhatə edir. Həmin dövrdə İnfantino 2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində Mayamidə yaşayıb. FİFA prezidenti bu xərclərin qurum tərəfindən qarşılanması ilə bağlı razılığa gəlib.

Məlumata görə, FİFA-da dünya çempionatının təşkili üçün ABŞ-yə köçən əməkdaşların vergi xərclərinin kompensasiya edilməsi mexanizmi mövcud olub. Lakin ilkin mərhələdə bu güzəşt qurumun prezidenti də daxil olmaqla seçkili vəzifə sahiblərinə şamil edilməyib.

Qeyd olunub ki, 2024-cü ildə kiçik komitə İnfantinoya bu güzəştdən yararlanmaq imkanı verən qərarı təsdiqləyib. Ancaq həmin qərar rəsmi sənədlərdə əksini tapmayıb.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilib. İlk dəfə 48 milli komandanın iştirak etdiyi turnir təşkil olunub.

56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralından FİFA-ya rəhbərlik edir. O, sonradan iki dəfə alternativsiz şəkildə yenidən prezident seçilib. Qurumun növbəti prezident seçkiləri 2027-ci ilin martında keçiriləcək.

Əlaqəli Xəbərlər