Menyu

Qətər və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib

Nicat Hüseynli
Qətər və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
1 dəq oxu

Qətər və Misir Yaxın Şərqdə artan gərginliyin azaldılması və regional sabitliyin təmin olunması istiqamətində diplomatik səyləri müzakirə edib.

Operativ Media  xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani ilə Misirin xarici işlər naziri Bədr Əbdülati arasında telefon danışığı olub.

Tərəflər dəniz naviqasiyasının təhlükəsizliyinin təmin edilməsi və regionda davamlı sülhə nail olunması üçün diplomatik təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıblar.

Əlaqəli Xəbərlər