Menyu

Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat keçirilib: 86 nəfər həbs edilib

Operativ Media
Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat keçirilib: 86 nəfər həbs edilib
1 dəq oxu

Türkiyənin 11 vilayətində kibercinayətkarlığa qarşı keçirilən əməliyyatlar zamanı 120 şübhəli saxlanılıb, onlardan 86-sı həbs edilib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar dələduzluq, qanunsuz mərc oyunları, uşaqlara qarşı onlayn cinsi istismar və cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması ilə bağlı keçirilib.

Əlaqəli Xəbərlər