Menyu

Sumqayıt Bulvarında velosiped və skuterlər üçün xüsusi zolaqlar yaradılıb

Operativ Media
Sumqayıt Bulvarında velosiped və skuterlər üçün xüsusi zolaqlar yaradılıb
1 dəq oxu

Sumqayıt Bulvarında velosiped və skuterlərin təhlükəsiz və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolaqları təşkil edilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata əsasən, yeni zolaqların yaradılmasında məqsəd mikromobillik vasitələrinin hərəkətini tənzimləmək və daha təhlükəsiz hərəkət mühiti formalaşdırmaqdır.

Qeyd edək ki, bundan əvvəl Sumqayıt Bulvarında velosipedlər üçün parklanma məntəqələri yaradılıb və kirayə velosipedlər istifadəyə verilib. Bununla da ərazidə mikromobillik vasitələrindən istifadəyə əlçatanlıq təmin olunub.

Növbəti mərhələdə Sumqayıt şəhərinin digər ərazilərində də mikromobillik zolaqlarının yaradılması və şəbəkənin təşkili nəzərdə tutulur.

Əlaqəli Xəbərlər