Menyu

Bəhruz Məhərrəmov: İlham Əliyev Azərbaycan xalqına tarixi Zəfər bəxş edib

Operativ Media
Bəhruz Məhərrəmov: İlham Əliyev Azərbaycan xalqına tarixi Zəfər bəxş edib
1 dəq oxu

“8 Noyabr Azərbaycanın tarixində milli qürurun, sarsılmaz birliyin və dövlətçilik iradəsinin təntənəsidir”.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev regional sülhü hərbi və diplomatik müstəvidə əldə olunan qələbə ilə təmin edib. Onun sözlərinə görə, 44 gün davam edən Vətən müharibəsi hər günü qəhrəmanlıq salnaməsi olan ədalətli müharibə kimi Azərbaycanın tarixinə yazılıb.

Bəhruz Məhərrəmov qeyd edib ki, əldə olunan Zəfərin nəticələrini qorumaq da qələbənin özü qədər mühüm vəzifədir. O vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, 100 mindən artıq vətəndaşın doğma yurdlarına qayıtması və keçmiş işğal zonasının milli iqtisadiyyata reinteqrasiyası Zəfərin dayanıqlılığını təmin edir.

Deputatın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə müasir yaşayış məskənləri yaradılıb və həmin torpaqlara həyat qaytarılır.

O bildirib ki, Azərbaycanın bugünkü uğurlarının təməlində ölkəni xaosdan xilas edərək sabitlik və inkişafın əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin siyasi kursu dayanır. Tarixi Zəfərin müəllifinin isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olduğunu vurğulayıb.

Bəhruz Məhərrəmov əlavə edib ki, Azərbaycan xalqı bu Zəfərin qürurunu gələcək nəsillərə ötürəcək.

Əlaqəli Xəbərlər