Menyu

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında yubiley göstəricisinə çatıb

Operativ Media
“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında yubiley göstəricisinə çatıb
1 dəq oxu

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək dəstəsində 40-cı heç-heçəsini edib.

Bu barədə Operativ Media-ya Peşəkar Futbol Liqasından bildirilib.

Bu, Azərbaycan Premyer Liqasının X turunda gerçəkləşib. Muxtar Respublika təmsilçisi öz meydanında “Zirə” ilə sülhə imza atıb – 2:2.

“Araz-Naxçıvan” Premyer Liqada keçirdiyi 157-ci matçında “40”a çatıb. Heç-heçələrdən 23-ü evdə, 17-si səfərdə qeydə alınıb. Naxçıvan təmsilçisi turnirin tarixində ən azı 40 görüşdə bir xal əldə edən 21-ci komandadır.

Əlaqəli Xəbərlər