Menyu

Asiya Kubokunun keçirilmə tarixləri dəyişdirilib

Operativ Media
Asiya Kubokunun keçirilmə tarixləri dəyişdirilib
1 dəq oxu

Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan 2027-ci il Asiya Kubokunun vaxtı dəyişdirilib.

Operativ Media xəbər verir ki, Asiya Futbol Konfederasiyası (AFC) turnirin 23 dekabr 2027-ci il – 21 yanvar 2028-ci il tarixlərində keçirilməsini təklif edib. Yeni tarixlər təsdiqlənməsi üçün FİFA-ya təqdim olunub.

Əvvəlcə yarışın 7 yanvar – 5 fevral 2027-ci il tarixlərində təşkili nəzərdə tutulmuşdu. Qərarın regiondakı vəziyyət, ciddi logistika çətinlikləri və nəqliyyat əlaqələrində yaranan problemlərlə bağlı olduğu bildirilib.

Turnirdə 24 milli komanda iştirak edəcək. Hazırkı çempion Qətər yığmasıdır.

Əlaqəli Xəbərlər