Menyu

“Mançester Yunayted” Emerini baş məşqçi postuna gətirmək istəyir

Operativ Media
“Mançester Yunayted” Emerini baş məşqçi postuna gətirmək istəyir
1 dəq oxu

“Mançester Yunayted”in baş məşqçi postuna namizədlər arasında “Aston Villa”nın çalışdırıcısı Unay Emeri də yer alır.

Operativ Media xəbər verir ki, jurnalist Fabritsio Romanonun özünün “YouTube” kanalında yaydığı məlumata görə, İngiltərə klubunun rəhbərliyindəki nüfuzlu şəxslər Emerini komandanın gələcəyini qurmaq üçün ideal mütəxəssis hesab edirlər.

Bununla belə, “Aston Villa” ispaniyalı məşqçini nə mövsüm ərzində, nə də onun sonunda buraxmaq niyyətindədir. Klub rəhbərləri Roberto Olabe və Damian Vidagani Emerini layihənin əsas fiquru hesab edir. Mütəxəssis transfer və digər idman qərarlarının qəbulunda da iştirak edir.

Unay Emeri 2022-ci ilin noyabrından Birmingem təmsilçisinə rəhbərlik edir. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir. İspaniyalı mütəxəssis 2026-cı ildə “Aston Villa” ilə Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, Maykl Kerrikin rəhbərlik etdiyi “Mançester Yunayted” bütün turnirlərdə ardıcıl 9 oyundur qələbə qazana bilmir. Komanda İngiltərə çempionatında 9 turdan sonra 7 xalla 17-ci pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər