Menyu

Ceyhun Məmmədov: 44 günlük müharibə Azərbaycanın tarixi Zəfər salnaməsidir

Operativ Media
Ceyhun Məmmədov: 44 günlük müharibə Azərbaycanın tarixi Zəfər salnaməsidir
1 dəq oxu

“Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi”.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan torpaqları azad edərək ölkənin ərazi bütövlüyünü bərpa edib.

Onun sözlərinə görə, Azərbaycanın tarixi Qələbəsini xalqın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi təmin edib. Müharibə dövründə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və ölkəmizə dəstək verən digər xalqların nümayəndələri də həmrəylik nümayiş etdiriblər.

Ceyhun Məmmədov qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Həmin ərazilərdə infrastrukturun yenilənməsi, xəstəxanaların, məktəblərin, yaşayış binalarının, mədəniyyət obyektlərinin, məscidlərin, muzeylərin, hava limanlarının, dəmir yollarının və tunellərin inşası istiqamətində layihələr həyata keçirilir.

Deputat vurğulayıb ki, qarşıda Azərbaycanı mühüm vəzifələr gözləyir və Prezident İlham Əliyevin rəhbərliyi ilə xalq bu vəzifələrin öhdəsindən uğurla gələcək.

Əlaqəli Xəbərlər