Menyu

Fransada etirazlar davam edir

Operativ Media
Fransada etirazlar davam edir
1 dəq oxu

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.

Bildirilib ki, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarlar ittifaqları isə təxminən 1,6 milyon nəfər göstərib.

Etirazçılar əməkhaqqılarının artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını, təhsil sisteminə daha çox vəsait ayrılmasını və yaşayış xərclərinin artmasına qarşı tədbirlər görülməsini tələb ediblər.

Parisdə nümayişlər iğtişaşlara çevrilib, polis gözyaşardıcı qazdan istifadə edib.

Əlaqəli Xəbərlər