Menyu

“DH Volley” CEV Çelenc Kubokunda 1/16 finala yüksəlib

Operativ Media
“DH Volley” CEV Çelenc Kubokunda 1/16 finala yüksəlib
1 dəq oxu
CEV Çelenc Kubokunda mübarizə aparan qadınlardan ibarət “DH Volley” komandası 1/16 final mərhələsinə vəsiqə qazanıb.
Operativ Media xəbər verir ki, təmsilçimiz Bakıda təşkil olunan 1/32 final mərhələsinin cavab oyununda Danimarkanın “Holte IF” klubu ilə qarşılaşıb. İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən “DH Volley” bu dəfə də qələbə qazanıb. FHN-in idman zalında keçirilən qarşılaşma komandamızın 3:0 hesablı üstünlüyü ilə başa çatıb.
Beləliklə, iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksələn “DH Volley” 1/16 finalda Polşanın “LKS Commercecon Lodz” klubu ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər