Menyu

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Operativ Media
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
1 dəq oxu

Hava şəraiti səbəbindən bu yolda sürət həddi müvəqqəti endirilib.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda Bakıda müşahidə edilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirilib. 

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Əlaqəli Xəbərlər