Menyu

Husilər Səudiyyə Ərəbistanının şərqindəki hava limanına zərbə endirib

Operativ Media
Husilər Səudiyyə Ərəbistanının şərqindəki hava limanına zərbə endirib
1 dəq oxu

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının şərqində yerləşən Kral Fəhd Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə zərbə endirdiklərini iddia ediblər.

Operativ Media xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində Dammam şəhərindəki hava limanında uçuşların həyata keçirilməsində fasilələr yaranıb.

Səriya həmçinin iddia edib ki, son 24 saat ərzində Səudiyyə Ərəbistanının ordusu Sənaya və Yəmənin bir sıra əyalətlərinə 61 hava zərbəsi endirib.

Əlaqəli Xəbərlər