Menyu

Bomba həyəcanı səbəbindən Romaya uçan təyyarə Fransada eniş edib

Nicat Hüseynli
Bomba həyəcanı səbəbindən Romaya uçan təyyarə Fransada eniş edib
1 dəq oxu

Dublindən Romaya uçan İrlandiyanın “Aer Lingus” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba təhlükəsi ilə əlaqədar Fransadakı hərbi bazaya eniş edib.

Operativ Media xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Bildirilib ki, göyərtəsində 151 sərnişin və 6 ekipaj üzvü olan “Airbus A320” təyyarəsi Normandiya bölgəsindəki Evreux-Fauville Hava Bazasına təhlükəsiz enib. Hadisə ilə bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər