Azərbaycan Zaqreb Qran-Prisində 12 cüdoçu ilə təmsil olunacaq
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 13–15 noyabr tarixlərində Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri keçiriləcək.
Operativ Media ACF-ə istinadən xəbər verir ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına reytinq xalları verən yarışda Azərbaycan 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunacaq. İdmançılarımız 9 çəki dərəcəsində mübarizə aparacaqlar.
Kişilərdən ibarət milli komandaya böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət yığmaya isə baş məşqçi Amina Abdellatif rəhbərlik edəcəklər.
Dünya Cüdo Turuna daxil olan Zaqreb Qran-Prisində 70 ölkədən 515 idmançı (314 kişi, 201 qadın) tatamiyə çıxacaq.
Azərbaycan millisinin heyətini təqdim edirik:
Qadınlar
-52 kq
Gültac Məmmədəliyeva
-70 kq
Südabə Ağayeva
+78 kq
Madina Kaisinova
Kişilər
-60 kq
Murad Muradlı
-66 kq
Turan Bayramov
Nizami İmranov
-73 kq
Nəriman Mirzəyev
Rüfət Şövlətov
-90 kq
Vüqar Talıbov
-100 kq
Əjdər Bağırov
+100 kq
Uşanqi Kokauri
Kənan Nəsibov