Menyu

Türkiyədə silahlı hücum zamanı 7 nəfər ölüb

Operativ Media
Türkiyədə silahlı hücum zamanı 7 nəfər ölüb
1 dəq oxu

Türkiyənin Afyonkarahisar bölgəsində fərqli yerlərdə 7 nəfərin meyiti tapılıb.

Operativ Media xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, iki ayrı ünvanda 5 nəfərin meyiti aşkarlanıb.

Başqa bir yerdə isə daha iki nəfərin güllələnmiş meyiti tapılıb. İki nəfərin isə yaralı olduğu barədə məlumat var.

İlkin istintaq nəticəsində məlum olub ki, 7 nəfərin hamısı tüfənglə öldürülüb.

Şübhəli şəxs və ya şəxslərin isə hadisə yerindən qırmızı rəngli avtomobillə qaçdığı qeyd olunub.

Əlaqəli Xəbərlər