Menyu

Portuqaliya Futbol Federasiyası Ronaldo üçün vida mərasimi təşkil edəcək

Operativ Media
Portuqaliya Futbol Federasiyası Ronaldo üçün vida mərasimi təşkil edəcək
1 dəq oxu

Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldonun milli komandadakı karyerasını başa vurması ilə əlaqədar futbolçu üçün xüsusi vida mərasimi keçirməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, 5 noyabrda 41 yaşlı hücumçu sosial şəbəkə hesablarında beş dəqiqəlik video paylaşaraq Portuqaliya xalqına müraciət edib və milli komandadan ayrılmaq qərarını açıqlayıb.

Federasiya Ronaldonun layiqli şəkildə yola salınmasını istədiyini bildirib. Qurumun açıqlamasında futbolçunun zəngin karyerasına həsr olunmuş tədbirin təşkili və azarkeşlərin ona son dəfə ehtiram göstərməsi üçün bütün imkanların səfərbər ediləcəyi qeyd olunub.

Qeyd edək ki, Ronaldo Portuqaliya millisinin heyətində sonuncu oyununu sentyabrın 24-də Millətlər Liqasında Uelsə qarşı keçirib. Həmin görüş Portuqaliya yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bundan sonra futbolçu qalmaqallı şəkildə milli komandanın düşərgəsini tərk edib.

2003-cü ildən Portuqaliya millisində çıxış edən Ronaldo 234 oyunda 146 qol vurub. O, yığma ilə 2016-cı ildə Avropa çempionu olub, həmçinin iki dəfə (2018/19 və 2024/25) Millətlər Liqasının qalibi adını qazanıb.

Əlaqəli Xəbərlər