Menyu

Vətən müharibəsinə həsr edilən yeni muzey zalı və kitab təqdim edilib

Operativ Media
Vətən müharibəsinə həsr edilən yeni muzey zalı və kitab təqdim edilib
1 dəq oxu

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. 

Operativ Media xəbər verir ki, ekspozisiyada tarixi materiallarla yanaşı, müasir texnoloji və interaktiv həllər də təqdim olunub. 

Burada azyaşlı ziyarətçilər üçün simulyasiya oyunu, müasir informasiya tabloları, həmçinin azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini, Böyük Qayıdış prosesini əks etdirən immersiv zal yaradılıb. 

Ekspozisiyanın əsas məzmunu Azərbaycanın tarixi Zəfərinin, ərazi bütövlüyünün bərpasının və müharibədən sonrakı quruculuq prosesinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən rəhbərliyi və həyata keçirdiyi strategiya sayəsində reallaşdığını nümayiş etdirməkdir. Müasir texnologiyalar vasitəsilə bu tarixi proseslər ziyarətçilərə daha əyani və interaktiv şəkildə təqdim olunur. 

Həmçinin, Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi olan, Vətən müharibəsindən sonrakı dövrdə baş verən mühüm tarixi hadisələrə həsr edilmiş "Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru" kitabının ingilis və rus dillərində nəşrləri təqdim olunub.

Əlaqəli Xəbərlər