Menyu

Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanda 8 medal qazanıblar

Şəfa Hüseynli
Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanda 8 medal qazanıblar
1 dəq oxu

Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanın Kökşetau şəhərində əməkdar məşqçi Axmetjan Kazımbetovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi turnirdə 8 medal qazanıblar.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Memorialda U-17 millisinin böyük məşqçisi Hacı Əliyev və məşqçi Allahverdi Vəliyevin rəhbərliyi altında 8 Azərbaycan güləşçisi fəxri kürsüyə qalxıb.

Yusif Abdullayev (45 kq), Süleyman Şirinov (51 kq), İbrahim Həsənov (55 kq) və Elcan Həsənov (65 kq) qızıl, Hüseyn Rzazadə (55 kq), Elvin Necəfzadə (92 kq) gümüş, Tunar Hüseynov (48 kq) və Nicat Mustafayev (110 kq) isə bürünc medal qazanıblar.

Əlaqəli Xəbərlər