Menyu

SEPAH: Hörmüz boğazında iki neft tankeri partlayıb

Nicat Hüseynli
SEPAH: Hörmüz boğazında iki neft tankeri partlayıb
1 dəq oxu

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan iki neft tankerinin dəniz minalarına dəydikdən sonra partlayaraq alovlandığını iddia edib.

Operativ Media xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Məlumata görə, tankerlərin icazəsiz marşrutla hərəkət etdiyi, naviqasiya və identifikasiya sistemlərini söndürdüyü bildirilib.

Təşkilat tankerlərin ABŞ hərbi təyyarələrinin dəstəyi ilə və amerikalı zabitin rəhbərliyi altında hərəkət etdiyini iddia edib.

Əlaqəli Xəbərlər