Menyu

AİB Özbəkistanın heyvandarlıq sektoruna 60 milyon dollar ayırıb

Nicat Hüseynli
AİB Özbəkistanın heyvandarlıq sektoruna 60 milyon dollar ayırıb
1 dəq oxu

Asiya İnkişaf Bankı (AİB) Özbəkistanda heyvandarlığın inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi məqsədilə 60 milyon dollarlıq güzəştli kredit paketini təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə “Qazinform” AİB-in mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Layihənin beş bölgədə, ümumilikdə 29 min kiçik fermer təsərrüfatını əhatə edəcəyi gözlənilir. Vəsait heyvan yeminin əlçatanlığının artırılmasına, baytarlıq xidmətlərinin gücləndirilməsinə və otlaqların daha səmərəli idarə olunmasına yönəldiləcək”, - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər