Menyu

Lixtenşteyn – Azərbaycan matçının hakimləri bəlli olub

Operativ Media
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bəlli olub
1 dəq oxu

UEFA Millətlər Liqasında keçiriləcək Lixtenşteyn – Azərbaycan qarşılaşmasının hakim təyinatları açıqlanıb.

Operativ Media xəbər verir ki, D Liqasının matçını Estoniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi FIFA referisi Kristo Tohver olacaq. Ona həmyerliləri Silver Koiv və Sander Saqa köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək.

VAR hakimi Marko Liva, AVAR hakimi isə Yuri Frişer olacaq.

Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan matçı noyabrın 13-də Vaduts şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Əlaqəli Xəbərlər