Menyu

Pakistanda silahlı hücum nəticəsində 10 polis əməkdaşı həlak olub

Nicat Hüseynli
Pakistanda silahlı hücum nəticəsində 10 polis əməkdaşı həlak olub
1 dəq oxu

Pakistanın şimal-qərbində polis avtomobil karvanına silahlı hücum nəticəsində azı 10 polis əməkdaşı həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hadisə Xeybər-Paxtunxva əyalətində qanunsuz dağ-mədən fəaliyyətinə qarşı əməliyyata gedən polis qüvvələrinin pusquya salınması nəticəsində baş verib.

Hücum edənlər polis əməkdaşlarına atəş açıb, beş xidməti avtomobili yandırıblar. Hadisədən sonra ərazidə atışma davam edib.

Əlaqəli Xəbərlər