Menyu

Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar Əbu-Dabidə davam edir

Şəfa Hüseynli
Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar Əbu-Dabidə davam edir
1 dəq oxu

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında sülh danışıqlarının ikinci günü başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov bildirib.

Məlumata görə, əvvəlcə Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında üçtərəfli görüş keçiriləcək, bundan sonra Ukrayna nümayəndə heyəti avropalı tərəfdaşları ilə ayrıca məsləhətləşmələr aparacaq.

Xatırladaq ki, 10 noyabrda keçirilən danışıqlar zamanı tərəflər Ukraynanın təhlükəsizlik zəmanətlərini, Rusiyanın tələblərini, humanitar məsələləri və müharibədən sonrakı təhlükəsizlik arxitekturasını müzakirə ediblər.

ABŞ dövlət katibi Marko Rubio danışıqların ilk gününü çox məhsuldar adlandırıb, lakin qeyd edib ki, tərəflər razılığa gəlməzdən əvvəl hələ çox iş görməlidirlər. Ukrayna prezidenti Volodimir Zelenski görüşü konstruktiv və olduqca mənalı adlandırıb. Onun sözlərinə görə, müzakirə olunan əsas məsələlərdən biri Ukraynanın uzunmüddətli təhlükəsizlik zəmanətləri olub. 

Əlaqəli Xəbərlər