Menyu

Avtomobilin dövlət qeydiyyat nişanını oğurlayan şəxslər saxlanılıblar

Operativ Media
Avtomobilin dövlət qeydiyyat nişanını oğurlayan şəxslər saxlanılıblar
1 dəq oxu

Binəqədi rayonu ərazisində “Hyundai” markalı avtomobilin dövlət qeydiyyat nişanının oğurlanması və geri qaytarılması müqabilində sahibindən 2000 manat tələb edilməsi barədə polisə müraciət daxil olub.

DİN-dən Operativ Media-ya bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən 39 yaşlı T.Sultanov və 34 yaşlı R.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər