Menyu

Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı təkliflərini açıqlayıb

Operativ Media
Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı təkliflərini açıqlayıb
2 dəq oxu

Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsi layihəsində bölüşdürülməmiş xərclərin payının azaldılmasını, büdcə proqramlarının və xərc normativlərinin təkmilləşdirilməsini təklif edib.

Operativ Media xəbər verir ki, bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Milli Məclisin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunan sənədlər “Büdcə sistemi haqqında” qanunun tələblərinə uyğundur. Qanun layihəsində əks etdirilən məbləğlərin əsasən düzgün olduğu, bəzi göstəricilərin isə dəqiqləşdirilməsinə ehtiyac olduğu müəyyən edilib.

Nəsir Sadıqovun sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsi xərcləri cari ilin gözlənilən icrası ilə müqayisədə 1,5 milyard manat və ya 3,8 faiz çox proqnozlaşdırılıb. Təhlillər göstərir ki, funksional təsnifat üzrə xərclərdə artım əsasən bölüşdürülməmiş, yəni bloklanmış vəsaitlər hesabına formalaşır.

O qeyd edib ki, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti sahələri üzrə 2027-ci ildə nəzərdə tutulan 162,1 milyon manatlıq xərclərin 25,2 faizi bölüşdürülməmiş vəsaitlərdir. Bu məbləğ 2026-cı ilin gözlənilən icrası ilə müqayisədə təxminən 27,19 milyon manat artım deməkdir.

Palata rəsmisi bildirib ki, büdcə zərfində ilk dəfə olaraq orta müddətli xərclər çərçivəsinə cəlb edilmiş sektorlar üzrə proqramların sayı və onların icrası üçün nəzərdə tutulan vəsait barədə məlumat təqdim olunub. Bununla belə, mədəniyyət sahəsində dövlət proqramının olmaması həmin istiqamətdə proqram əsaslı büdcələşmənin qiymətləndirilməsini məhdudlaşdırır.

Nəsir Sadıqov Olimpiya İdman Komplekslərinin maliyyələşdirilməsi məsələsinə də toxunub. O bildirib ki, aparılmış nəzarət tədbirləri gəlir və xərclərin dəqiq müəyyənləşdirilməməsi, xərclərin diferensiallaşdırılmaması və hesabatlılığın yetərli səviyyədə olmaması kimi problemləri üzə çıxarıb. Bu baxımdan komplekslərin maliyyə sərbəstliyinin artırılması vacibdir.

Sədr müavini fiskal dayanıqlığa təsir edən risklərin təhlilinin genişləndirilməsini də müsbət qiymətləndirib və bu istiqamətdə məlumatların keyfiyyətinin daha da artırılmasını məqsədəuyğun hesab edib.

O, büdcə sənədlərinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər də səsləndirib. Təkliflərə məqsədli proqramların bütün xərclərinin büdcədə ayrıca göstərilməsi, orta müddətli dövr üçün hədəf göstəricilərinin həm gəlirləri, həm də xərcləri əhatə etməsi, proqramlar və strategiyalar arasında vahid yanaşmanın formalaşdırılması daxildir.

Bundan başqa, bəzi sahələr üzrə xərc normativlərinin yenilənməsi, bölüşdürülməmiş xərclərin payının mümkün qədər azaldılması, dövlət sifarişlərinin formalaşdırılması prosesinin elektronlaşdırılması və büdcə sənədləşməsinin təkmilləşdirilməsi təklif olun

Əlaqəli Xəbərlər