Menyu

Mövsümi xəstəliklərdən necə qorunmaq olar?

Ayşən Sadıxzadə
Mövsümi xəstəliklərdən necə qorunmaq olar?
1 dəq oxu

Payız-qış mövsümündə qrip və digər respirator infeksiyaların yayılması ilə əlaqədar yoluxma riskləri artır. Bu dövrdə həm fərdi qorunma tədbirlərinə əməl etmək, həm də xəstə olduğu halda ətrafdakı insanları yoluxdurmamaq xüsusi əhəmiyyət daşıyır.

Bu barədə Operativ Media-ya professor Adil Qeybulla danışıb.

O bildirib ki, infeksiyalardan qorunmağın universal bir yolu yoxdur. Ancaq maskadan istifadə etmək, məsafə saxlamaq və xüsusilə virusların geniş yayıldığı dövrlərdə gigiyena qaydalarına əməl etmək əsas tələblərdəndir:

“Özünü xəstə hiss edən şəxs başqalarını yoluxdurmamaq üçün mümkün qədər maska taxmalı, xəstə olduğu müddətdə evdə qalmalı və sağalana qədər yataq rejiminə əməl etməlidir. Əsas məsələ həm özünü, həm də ətrafdakı insanları qorumaqdır.

Bu yanaşma insanların düşüncəsinə tam yerləşmədiyi, onlar məsələnin mahiyyətinə lazımi diqqət yetirmədiyi müddətdə infeksiyalardan qorunmaq çətin olacaq. Məsələn, xəstə bir şəxs maskasız şəkildə asqırır və öskürür. Nəticədə hava-damcı yolu ilə yayılan infeksiya ətrafdakı insanların tənəffüs yollarına daxil olaraq onları xəstələndirir. Həmin şəxslər də öz növbəsində evdəki digər insanları yoluxdurur və beləliklə, xəstəlik geniş ərazidə yayılır.

Biz hər il bunun şahidi oluruq. Təəssüf ki, bu, sanki adi bir hadisə kimi qəbul edilir. Halbuki nəzərə almaq lazımdır ki, belə infeksiyalar nəticəsində orqanizmi zəif olan insanlar hətta həyatlarını itirə bilərlər. Buna görə də məsələyə daim diqqət yetirmək lazımdır.

Bununla yanaşı, immun sistemini sağlam saxlamaq, təmiz havada gəzmək və fiziki aktivliyi artırmaq payız-qış mövsümündə xüsusilə vacibdir. Bu vərdişlər xəstəliklərdən qorunmağa, xəstələnmə halında isə orqanizmin infeksiya ilə mübarizə aparmaq qabiliyyətini dəstəkləməyə kömək edir”.

Əlaqəli Xəbərlər