Menyu

İlham Əliyev Dublində keçiriləcək "Avropa Siyasi Birliyi”nin sammitində iştirak edəcək

Operativ Media
İlham Əliyev Dublində keçiriləcək "Avropa Siyasi Birliyi”nin sammitində iştirak edəcək
1 dəq oxu

Prezident İlham Əliyev Dublində keçiriləcək "Avropa Siyasi Birliyi”nin sammitində iştirak edəcək.

Operativ Media xəbər verir ki, 2022-ci ilin oktyabrında Praqada təsis edilən “Avropa Siyasi Birliyi” Avropa İttifaqına üzv olan və olmayan ölkələri ümumi siyasi və strateji məsələlər ətrafında birləşdirən qeyri-rəsmi hökumətlərarası dialoq platformasıdır.

Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa xüsusi marağının əsas səbəblərindən biri enerji təhlükəsizliyidir.

Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələrinin enerji təchizatının şaxələndirilməsi, alternativ mənbələrin və marşrutların genişləndirilməsi məsələsi daha da aktuallaşıb.

Bu prosesdə Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşlarından biri kimi mövqeyini möhkəmləndirib.

Qeyd edək ki, 2028-ci ildə bu platformanın növbəti sammiti Bakıda keçiriləcək.

Əlaqəli Xəbərlər