COP31-də iştirak üçün 100 minə yaxın şəxs qeydiyyatdan keçib
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirak üçün təxminən 100 min nəfər qeydiyyatdan keçib.
Operativ Media xəbər verir ki, bu barədə konfransın sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim naziri Murat Kurum məlumat verib.
O bildirib ki, müxtəlif ölkələrdən danışıqlarda iştirak edən nümayəndələrin, eləcə də COP31 çərçivəsində keçirilən paralel tədbirlərin iştirakçılarının konfransa marağı böyük olub. Qeydiyyatın ilk iki günündə 100 min nəfərin müraciəti qeydə alınıb.
Murat Kurum konfransın yekununda tarixi qərarların qəbul edilməsinin planlaşdırıldığını bildirib.
Qeyd edək ki, COP31 noyabrın 9-dan 20-dək Antalyada keçirilir. Konfransda 102 ölkənin liderləri və nümayəndələri iştirak edir.
Tədbirdə Azərbaycan pavilyonu da fəaliyyət göstərir.