Menyu

Azərbaycan ərazisindən Ermənistana 105 min ton yük daşınıb

Operativ Media
Azərbaycan ərazisindən Ermənistana 105 min ton yük daşınıb
1 dəq oxu

Azərbaycan ərazisindən Ermənistana indiyədək ümumilikdə 105 min ton yük daşınıb.

Operativ Media xəbər verir ki, bu barədə noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə qeyd olunub.

Görüş zamanı Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı istiqamətində əldə olunan irəliləyişlər müzakirə edilib.

Tərəflər marşrutun dəmir yolu və avtomobil yolu hissələrinin planlaşdırılması və layihələndirilməsi, həmçinin marşrut boyunca tranzit əlaqələrinin perspektivlərini nəzərdən keçiriblər.

Qeyd olunub ki, ötən ilin noyabr ayından etibarən Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb. Yüklərin Azərbaycan ərazisindən keçməklə Ermənistana və Ermənistandan tranziti müsbət hal kimi qiymətləndirilib.

Tərəflər, həmçinin Azərbaycan və Ermənistan arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını, o cümlədən gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələsini müzakirə ediblər.

Əlaqəli Xəbərlər