Menyu

İran ABŞ-nin mümkün hücumuna 10 dəfə daha sərt cavab verəcəyini bildirib

Operativ Media
İran ABŞ-nin mümkün hücumuna 10 dəfə daha sərt cavab verəcəyini bildirib
1 dəq oxu

İran ABŞ-nin istənilən yeni hücumuna əvvəlkilərdən 10 dəfə daha sərt cavab verəcəyi barədə xəbərdarlıq edib.

Operativ Media xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Əbülfəzl Şikarçi “Nour News” agentliyinə açıqlamasında bildirib.

O qeyd edib ki, mümkün cavab zamanı ABŞ-nin əlçatan olan bütün aktivləri hədəfə alına bilər.

Əbülfəzl Şikarçi İranın hərbi hazırlığının əvvəlki dövrlərlə müqayisədə gücləndiyini və silah istehsalının dayandırılmadığını vurğulayıb.

Əlaqəli Xəbərlər