Menyu

Nyu-Yorkda bina çöküb

Operativ Media
Nyu-Yorkda bina çöküb
1 dəq oxu

Bruklində (ABŞ, Nyu-York) binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb, azı 19 nəfər isə yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə Nyu-Yorkun meri Zöhran Mamdani bildirib.

Nyu-York Yanğınsöndürmə Departamentinin məlumatına görə, xəsarət alanlar arasında idarənin 3 əməkdaşı da var.

Bildirilib ki, 8 nəfər ölüb, 4 nəfər kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib, 5 nəfər ciddi 10 nəfər isə yüngül zədələr alıb.

Qeyd edək ki, Nyu-Yorkun Bruklin rayonunda yaşayış və kommersiya sahələrinin yerləşdiyi üçmərtəbəli bina qismən çöküb. Bina bitişik tikinti meydançasının üzərinə çöküb.

Əlaqəli Xəbərlər