Menyu

Avropa Şurasının Baş katibi: Cənubi Qafqazda baş verənləri diqqətlə izləyirik

Operativ Media
Avropa Şurasının Baş katibi: Cənubi Qafqazda baş verənləri diqqətlə izləyirik
1 dəq oxu

Cənubi Qafqazda davamlı sülhün təmin olunması Avropa üçün mühüm əhəmiyyət daşıyır.

Operativ Media xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Alen Berse Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Cənubi Qafqazda sülhün təmin olunması məsələsi daha geniş geosiyasi kontekstdə qiymətləndirilməlidir.

Alen Berse Avropada Rusiyanın işğalına məruz qalan Ukrayna, Gürcüstan və Moldova kimi ölkələrin mövcudluğunu xatırladıb.

Baş katib qeyd edib ki, Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mövcud şərait nəzərə alınmalı, düzgün və dayanıqlı həll yolları tapılmalıdır.

O, bölgədə baş verən proseslərin müxtəlif risklər və mövcud şərtlər fonunda müzakirə edildiyini vurğulayaraq, Cənubi Qafqazdakı vəziyyəti böyük maraq və diqqətlə izlədiklərini bildirib.

Əlaqəli Xəbərlər