Menyu

Fransada bomba təhlükəsi ilə əlaqədar dəmir yolu vağzalında yoxlama aparılır

Nicat Hüseynli
Fransada bomba təhlükəsi ilə əlaqədar dəmir yolu vağzalında yoxlama aparılır
1 dəq oxu

Fransanın şimalındakı Pa-de-Kale departamentində yerləşən Kale-Freten dəmir yolu vağzalında bomba təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib.

Operativ Media xəbər verir ki, bu barədə Pa-de-Kale departamenti X sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, partlayış təhlükəsi barədə anonim məlumat daxil olduqdan sonra vağzalın infrastrukturunda yoxlamalara başlanılıb. Hadisənin qatarların hərəkətinə təsir göstərə biləcəyi qeyd olunub.

Əlaqəli Xəbərlər