Menyu

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faizədək artıb

Operativ Media
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faizədək artıb
1 dəq oxu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

DVX-dən Operativ Media-ya bildirilib ki, indiyədək ölkə ərazisində 117 min 553 ədəd belə NKA quraşdırılıb.

Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2026-cı ilin yanvar-oktyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 26 milyard 142,5 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard 395,5 milyon manat, yaxud 14,9 faiz çoxdur.

Əlaqəli Xəbərlər