Menyu

Litva Prezidenti: Azərbaycan və Avropanın dayanıqlı enerji dəhlizlərinin yaradılmasında ortaq marağı var

Operativ Media
Litva Prezidenti: Azərbaycan və Avropanın dayanıqlı enerji dəhlizlərinin yaradılmasında ortaq marağı var
1 dəq oxu

Azərbaycan və Avropa regionda etibarlı və dayanıqlı enerji dəhlizlərinin yaradılmasında qarşılıqlı maraqlıdır.

Operativ Media xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Avropanın etibarlı enerji təchizatı sisteminin qurulmasında Azərbaycanın iştirakı və regionda bağlantı layihələrinin inkişafı mühüm əhəmiyyət daşıyır.

“Bu, ikitərəfli maraqdır. Azərbaycanın da, Avropanın da regionda etibarlı və dayanıqlı enerji dəhlizlərinin yaradılmasında marağı var”, – deyə Litva Prezidenti vurğulayıb.

Əlaqəli Xəbərlər