Menyu

Qırğızıstanda qrip və respirator infeksiyalara yoluxma kəskin artıb

Nicat Hüseynli
Qırğızıstanda qrip və respirator infeksiyalara yoluxma kəskin artıb
1 dəq oxu

Qırğızıstanda noyabrın 2-dən 8-dək 10 900 nəfərdə qrip və kəskin respirator virus infeksiyası (KRVİ) aşkarlanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yoluxanların 71,1 faizini, yəni 7 752 nəfəri 14 yaşınadək uşaqlar təşkil edib. Xəstə sayının artması ilə əlaqədar Bişkekdəki iki xəstəxanada əlavə 350 çarpayı ayrılıb.

Əlaqəli Xəbərlər