“NVIDIA”nın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb
ABŞ-nin texnologiya nəhəngi “NVIDIA”nın Direktorlar Şurası şirkətin təsisçisi və baş icraçı direktoru Censen Huanqın (Jensen Huang) vəzifəsindən uzaqlaşdırılıb.
Operativ Media xəbər verir ki, qərar Huanqın nikahdankənar iki münasibəti ilə bağlı yayılan məlumatlar və mümkün xarici kəşfiyyat əlaqələrinə dair araşdırmalar fonunda verilib.
Colette Kress Nvidia-nın müvəqqəti baş icraçı direktoru təyin edilib.
ABŞ rəsmilərinin Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bildiyi qadınla Huanın münasibətdə olması barədə məlumatlar şirkət daxilində araşdırmaya səbəb olub.
NVIDIA rəhbərliyi şirkətin kommersiya sirlərinin və milli təhlükəsizliklə bağlı məlumatların ələ keçirildiyini düşünmək üçün əsas olmadığını bildirib.
Şirkətin maliyyə direktoru Kolet Kress müvəqqəti baş icraçı direktor təyin edilib.
Qeyd edək ki, 63 yaşlı Censen Huan 1993-cü ildə NVIDIA-nı təsis edib və həmin vaxtdan şirkətə rəhbərlik edib.