Menyu

173A və 173B nömrəli marşrutların avtobusları yenilənir

Operativ Media
173A və 173B nömrəli marşrutların avtobusları yenilənir
1 dəq oxu

Pirşağı qəsəbəsi və bağlarını "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 173A və 173B nömrəli müntəzəm marşrut avtobusları yenilənir.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Noyabrın 13-dən marşrut xətləri üzrə ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən avtobuslar sərnişinlərə xidmət edəcək.

Hər bir marşrut üzrə 6 avtobus fəaliyyət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.

Əlaqəli Xəbərlər