Bolqarıstan Azərbaycandan daha çox qaz almaq istəyir
Bolqarıstan Azərbaycandan qaz tədarükünün artırılmasında maraqlıdır.
Operativ Media xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Rumen Radev Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini müzakirə etmək istəyir.
R.Radev qeyd edib ki, əməkdaşlıq yalnız qaz tədarükü ilə məhdudlaşmır, yaşıl enerji dəhlizləri də tərəflərin gündəliyində yer alır.
“Biz Azərbaycanla əməkdaşlığa böyük önəm veririk. Bolqarıstan Azərbaycandan mümkün qədər çox qaz əldə etmək istəyir. Azərbaycan Bolqarıstana, o cümlədən Avropaya nə qədər çox qaz tədarük edə bilsə, buna bir o qədər minnətdar olarıq”, – deyə baş nazir vurğulayıb.