Menyu

Son 10 ayda pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib

Operativ Media
Son 10 ayda pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib
1 dəq oxu

Bu ilin 10 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (608 milyon manat) çox olmaqla 6 milyard 527 milyon manat vəsait yönəldilib.

Operativ Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Noyabrın 1-i tarixinə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb.

Yanvar-oktyabr aylarında 30 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 208 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Əlaqəli Xəbərlər