Menyu

Avropa Parlamenti süni intellektə insan nəzarətinin gücləndirilməsinə çağırıb

Nicat Hüseynli
Avropa Parlamenti süni intellektə insan nəzarətinin gücləndirilməsinə çağırıb
1 dəq oxu

Avropa Parlamenti süni intellektin demokratik proseslərdə və dövlət idarəçiliyində istifadəsinə insan nəzarətinin təmin olunmasını tələb edən qətnamə qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Brüsseldə keçirilən plenar iclasda sənəd 405 lehinə, 133 əleyhinə səslə qəbul olunub.

Qətnamədə süni intellektin siyasi məsuliyyəti əvəz etməməli və mühüm qərarların tam avtomatlaşdırılmış sistemlərə həvalə edilməməli olduğu vurğulanıb.

Avropa texnologiyalarının inkişafına və Aİ qurumlarında yerli süni intellekt alətlərinə üstünlük verilməsinə də çağırış edilib. Sənəddə həmçinin seçki proseslərində süni intellektin yaratdığı risklərin qiymətləndirilməsi və bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsi təklif olunub.

Əlaqəli Xəbərlər