Menyu

Azərbaycan və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib

Nicat Hüseynli
Azərbaycan və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib
1 dəq oxu

Azərbaycan tərəfi “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Opizzi ilə Abşeron layihəsinin inkişafını və istehsal obyektlərinin yaşıl enerji ilə təchizatı imkanlarını müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial media hesabında paylaşım edib.

Görüşdə elektrik şəbəkəsinin gücləndirilməsi, günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq, yaşıl enerji dəhlizləri və elektrik enerjisinin Avropaya ixracı məsələləri də nəzərdən keçirilib.

Tərəflər, həmçinin investisiya imkanları barədə fikir mübadiləsi aparıblar.

Əlaqəli Xəbərlər