Menyu

KİV: Parisdə etiraz aksiyalarına 60 minədək insanın qatılacağı gözlənilir

Nicat Hüseynli
KİV: Parisdə etiraz aksiyalarına 60 minədək insanın qatılacağı gözlənilir
1 dəq oxu

Fransa xüsusi xidmət orqanları noyabrın 14-də Parisdə keçiriləcək üç etiraz aksiyasında 30-60 min nəfərin iştirak edəcəyini proqnozlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Məlumata görə, aksiyalardan biri polisin odlu silahdan istifadəsinə dair qanun layihəsinə, digəri uşaqlara qarşı zorakılığa etiraz məqsədi daşıyır. Üçüncü nümayiş isə “Sarı jiletlilər” hərəkatı tərəfindən təşkil olunacaq.

Əlaqəli Xəbərlər